Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüşü ilə bağlı müraciətinə hələlik cavab verməyib. Bunu Modern.az saytına Milli Şuranın üzvü Gülağa Aslanlı bildirib.
“Hələ ki bizə cavab verməyiblər. Gözləyirik. Bu günə söz vermişdilər”.
Bakı şəhər İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən Modern.az-a bildirilib ki, Milli Şura narahat olmasın gün ərzində rəsmi cavab veriləcək.
Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 22-də prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüşünə icazə verilməsi üçün meriyaya müraciət edib. Görüşün Yasamal rayonunda, metronun ”İnşaatçılar" stansiyasının yaxınlığında İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Mitinqə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçicilərlə görüşü planlaşdırılır.
Anar RÜSTƏMOV