Modern.az

\"011\"lə 24 yaşlı gənci vurub öldürdü 

\

17 Dekabr 2023, 22:56

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada, 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.

 

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu