Modern.az

Putinin ilk potensial RƏQİBİ

Putinin ilk potensial RƏQİBİ

Dünya

18 Dekabr 2023, 00:58

Dekabrın 17-də Moskvada 40 yaşlı jurnalist Yekaterina Duntsovanın Rusiya prezidentliyinə namizədliyinin irəli sürülməsini dəstəkləyən təşəbbüs qrupunun iclası keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə xanım Duntsovanın özü teleqramda məlumat verib.

 

Onun sözlərinə görə, iclasda 700-dən çox tərəfdar iştirak edib və son nəticədə təşəbbüs qrupuna 522 nəfər daxil edilib.

 

Duntsova qeyd edib ki, bazar ertəsi onun qərargahı sənədlər paketini hazırlayacaq və çərşənbə axşamı Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

 

Komissiya namizədliyini təsdiq edəcəyi təqdirdə Yekaterina Duntsova 300 min seçici imzasını toplamağa başlayacaq.

 

Xatırladaq ki, dekabrın 16-da Vladimir Putinin namizədliyini yekdilliklə dəstəkləmiş təşəbbüs qrupunun iclası keçirilib. 

 

Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn ilin martında keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu