Modern.az

UEFA prezidenti Mişel Platini Bakıya gəlir

UEFA prezidenti Mişel Platini Bakıya gəlir

18 Sentyabr 2013, 11:36


UEFA-nın prezidenti Mişel Platini sentyabrın 21-də ölkəmizə səfərə gələcək. Səfər çərçivəsində Avropa futbol qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək. Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan  təlim-məşq bazasının tikintisi  UEFA-nın  maliyyə dəstəyi  ilə həyata  keçiriləcək.

AFFA-dan verilən məlumata görə, Xorvatiyanın Dubrovnik şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında Avro-2020-nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək. Qeyd edək ki, AFFA tərəfindən bu məqsəd üçün Bakı şəhərinin namizədliyi də irəli sürülüb.
Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular