““Azadlıq” qəzeti ilə bağlı hələ ki, MSK-ya müraciət olunmayıb. Amma Siyavuş Novruzov narazılıqla bağlı rəsmən müraciət etsə, məsələ araşdırılacaq”. Bunu Modern.az-a açıqlamasında MSK katibi Mikayıl Rəhimov deyib.
“Mətbuatla iş üzrə əlaqə MSK-da Azər Tağıyevin rəhbərliyi xüsusi qrup yaradılıb. Bu, MSK-nın qərarıdır. Mətbuat Qrupu kütləvi informasiya vasitələrində aparılan təbliğatın seçki qanunvericiliyinə uyğun olub-olmaması ilə bağlı prosesləri izləyir. Siyavuş Novruzovun qaldırdığı məsələdə qanundan kənar vəziyyət varsa, Mətbuat Qrupu tezliklə ona münasibət bildirəcək”.