Müdafiə naziri: “Rusiya olmadan Ermənistanın təhlükəsizliyini təmin etmək çətindir”
“Rusiya olmadan Ermənistanın təhlükəsizliyini təmin etmək çox çətindir”. Modern.az saytı bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Slavyan Universitetinin tələbələri ilə görüşü zamanı bildirib.
O, Azərbaycanı nəzərdə tutaraq deyib ki, “Ermənistanın qonşularının hücum etmək imkanları getdikcə artır”.
S.Ohanyan bildirib ki, 2010-cu ildə imzalanmış sazişə əsasən, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliyini götürüb.
Ermənistanın müdafiə naziri Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda toxunub. S.Ohanyan hər iki tərəfin qarşılıqlı etimad mühitində işləməsinin vacib olduğunu deyib.
“Münaqişənin həlli üçün aparılan danışıqlar prosesinin uğurla başa çatması üçün dialoq və qarşılıqı etimad mühiti olmalıdır. Əgər güzəştlər olacaqsa, bu qarşılıqlı olmalıdır”-deyə S.Ohanyan bildirib.
Xaqani SƏFƏROĞLU