REAL Hərəkatının Məclis sədri Erkin Qədirli Böyük Britaniyaya səfər edib. Modern.az-ın məlumatına görə, REAL üzvü ötən gün səfər çərçivəsində Böyük Britaniyanın Kral İnstitutunda (“Çatam-Hauz”) görüş keçirib.
E.Qədirli “Çatam hauz”da Azərbaycanda keçiriləcək prezident seçkilər ilə bağlı məruzə ilə çıxış edib.
Məruzədə REAL hərəkatının lideri İlqar Məmmədovun namizədliyinin qeydə alınmaması və Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlidən də danışıb.
Anar RÜSTƏMOV