Milli Məclisin Sosial Siyasət Komitəsinin payız sessiyasında gündəliyinə «Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi və “Uşaqların asudə vaxtının təşkili və istirahəti haqqında” qanun layihələri daxil edilib.
Bu barədə Modern.az saytına Milli Məclisin sözügedən komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Deputatın sözlərinə görə, komitə qarşıdan gələn prezident seçkiləri və 2014-ci ilin dövlət büdcəsinin müzakirələri ilə bağlı yalnız bu qanun layihələrinin müzakirə ediləcək.
Qeyd edək ki, bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda “Sosial müavinətlər haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, sosial müavinətlərin ödənişi qaydası dəyişdirilir. Yeni maddəyə edilən digər yeniliyə əsasən, sosial xidmət müəssisəsində yaşayan, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən, çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayədarlarına ödənilir.
Layihə səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Modern.az