Modern.az

Özbəkistan \"Eurovision\"un Rusiya alternativini dəstəkləyib

Özbəkistan \

18 Dekabr 2023, 13:56

"Özbəkistan Rusiyanın MDB ölkələri üçün “İntervision” mahnı müsabiqəsini canlandırmaq təşəbbüsünü dəstəkləyir". 

 

Modern.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov MDB Hökumət Başçıları Şurasının toplantısında deyib.

 

Qeyd edək ki, Rusiyada "Eurovision" mahnı müsabiqəsinin analoqu yaradılır. Bu barədə ölkənin baş naziri Mixail Mişustin məlumat verib. Müsabiqə "Intervision" adlanır. Mişustinin sözlərinə görə, ilk müsabiqə 2024-cü ildə Rusiyada keçiriləcək.

 

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bu təşəbbüslə bağlı MDB-dəki həmkarlarının “əlverişli reaksiyasına” ümid etdiyini bildirib.

Bu xəbər ilə bağlı
Rusiya "Eurovision"a analoq yaradır - "Intervision"...
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər