Modern.az

Zahid Oruc rayonlarda görüşlər keçirəcək

Zahid Oruc rayonlarda görüşlər keçirəcək

18 Sentyabr 2013, 14:18


“Təbliğat-təşviqat kampaniyası başlayan gündən etibarən Zahid Orucun plakatlarının böyük bir qismi yerlərdəki imzatoplama kampaniyasında iştirak edən nümayəndələrimiz vasitəsilə şəhər və rayonlarda müəyyən olunmuş qaydalar üzrə yerləşdirilib və bu proses bu gün də uğurla davam etdirilir”.

Bunu mətbuata açıqlamasında prezidentliyə namizəd Zahid Oruc Seçki Qərargahının rəhbəri Ərəstun Əlioğlu bildirib.

Onun dediyinə görə, Seçki Qərargahı öz nümayəndələri ilə müntəzəm olaraq əlaqə saxlayıb, vəziyyəti dəyərləndirir:

“Demək olar ki, regionlarda baş tutacaq təbliğat-təşviqat kampaniyasına hazırıq. Görüş keçirəcəyimiz yerlər və saatlar da bəllidir. İşlərdə axsamalar olmur. Həftənin bütün günləri böyük ruh yüksəkliyi ilə çalışırıq. Məsləhətləşmələrə daha çox önəm veririk.

Bildiyiniz kimi, İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV) tərəfindən pulsuz efir vaxtından yararlanaraq artıq iki debata da qatılmıışıq. Maksimum dərəcədə çalışırıq ki, fikir və ideyalarımızı cəmiyyətə, seçicilərə, insanlara çatdıra bilək.

Şeçkilərin normal və dinc, beynəlxalq standartlara uyğun şəkildə keçəcəyi heç kimdə şübhə oyatmasın. Kimlərsə bunun olmayacağanı düşünürlərsə, yanılırlar”.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular