Modern.az

Azərbaycanla saziş imzalanacaq – İranlı nazir

Azərbaycanla saziş imzalanacaq – İranlı nazir

18 Dekabr 2023, 17:36

Gələn ay ərzində İran və Azərbaycan arasında Araz yol dəhlizi sazişi imzalanacaq.

 

Modern.az-ın məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, dəhliz sazişinin imzalanması ilə əlaqədar tədbir təşkil olunacaq. Tədbirdə Rusiya nümayəndələri də iştirak edəcəklər.

 

İranlı nazir bildirib ki, podratçı şirkətin təyin olunması ilə Araz dəhlizinin inşası prosesinə başlanıb. Bu proses Araz çayı üzərində körpünün tikilməsi, magistral yolun genişləndirilməsi çərçivəsində həyata keçiriləcək. Belə ki, bu dəhliz Naxçıvana birləşəcək.

 

Qeyd edək ki, Araz yol dəhlizi İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikasına birləşdirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi