Modern.az

Əli Kərimli: “Cəmil Həsənli özünü “oda atdı””

Əli Kərimli: “Cəmil Həsənli özünü “oda atdı””

18 Sentyabr 2013, 14:41


AXCP sədri Əli Kərimli Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin İctimai Televiziyada keçirilən debatdakı çıxışına münasibət bildirib.

Modern.az-ın məlumatına görə, Ə.Kərimli Cəmil Həsənlinin xalq üçün özünü “oda atdığını” deyərək demokratik qüvvələri ona dəstək olmağa çağırıb:

Cəmil Həsənli heç zaman haqsızlıq qarşısında susmayan əsl ziyalıdır. Azərbaycan, ABŞ (Harvard Universitetində), Türkiyə, Kanada, Böyük Britaniya, Rusiya və İranda 27 kitabı dərc edilmiş nəhəng alimdir. Ölkənin əksər demokratik qüvvələrinin ətrafında birləşə biləcəyi böyük şəxsiyyətdir.  O öz rahat və qayğısız həyatını yaşaya bilərdi. Amma o özünü "oda atdı" ki, milyonlarla həmvətənini xilas etsin. Ona dəstək olaq!”.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular