Bakı Şəhər İcra Hakimiyyəti prezidentliyə namizə dCəmil Həsənlinin seçicilərlə görüşü ilə bağlı Milli Şuranın müraciətinə cavab verib.
Bu barəəd Modern.az saytına Milli Şura üzvü Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, meriya Milli Şuranın seçicilərlə görüş təklifinə razılıq verib.
Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 22-də prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüşünə icazə verilməsi üçün meriyaya müraciət edib. Görüşün Yasamal rayonunda, metronun ”İnşaatçılar" stansiyasının yaxınlığında İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Mitinqə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçicilərlə görüşü planlaşdırılır. Görüş saat 16:00-dan 18:-00 kimi davam edəcək.
Modern.az