
Sentyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının həmsədrləri Rufiz Qonaqov, Yadigar Məmmədli və Rəfail Becanov 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkisinin uzunmüddətli monitorinqinin I mərhələsinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Alyansın həmsədri Rufiz Qonaqov bildirib ki, seçki monitorinqinin birinci mərhələsi artıq yekunlaşıb. Bu mərhələ 12 avqustdan 12 sentyabra qədər olan dövrü əhatə edir: "6 regionda artıq monitorinqlər yekunlaşdırılıb.
“
Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən respondentlərin 89, 32 %-i prezident İlham Əliyevə inandıqlarını bildiriblər. 7.94% Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 0.91 % Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 0.55% Qüdrət Həsənquliyevə, 0.35% İlyas İsmayılova, 0.31% Sərdar Cəlaloğluna, 0.62% isə digər namizədlərə inandıqlarını bildiriblər.
“Bu gün seçki keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda da respondentlər tərəfindən birmənalı olaraq, İlham Əliyev böyük üstünlüklə irəlidədir. Monitorinqə cəlb edilən 10 000 nəfərin 89, 32 %-i, yəni 8 932 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. Onlardan 7, 94%-i, yəni 794 nəfəri isə Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2.74% isə İqbal Ağazadəyə, Qüdrət Həsənquliyevə, İlyas İsmayılova, Sərdar Cəlaloğluna və digərlərinə “səs verərdim” deyə cavab verib".
Alyansın həmsədri Rəfail Becanov isə bildirib ki, namizədlərin reytinqi müəyyənləşdirilən kimi, siyasi partiyaların da reytinqlərinin öyrənilməsi monitorinqin əsas predmetlərindən biri olub. Bu sırada da birincilik YAP-a məxsusdur: ”Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 8932 nəfəri, yəni 89, 32 %-i YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Bu da prezident İlham Əliyevə olan etimaddan irəli gəlir. Respondentlərin 10, 68%-i isə digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər. Bu sırada isə 2.45%-lə AXCP, 2.43 %-lə Müsavat, 1.31 %-lə KXCP, 1,12%-lə ALP, 0.91%-lə Ümid partiyası qərarlaşıb. 2.46% Ədalət, ASDP, MMP və digət partiyalar arasında bölünür".
Alyansın həmsədri Yadigar Məmmədli çıxışında ölkədəki seçki mühiti ilə bağlı məlumat verib: “Aparılan monitorinq zamanı
hər hansı qanun pozuntusu aşkarlanmayıb. İmzatoplama kampaniyası, namizədlərin qeydiyyatı, kütləvi aksiyaların keçirilməsi ilə bağlı məhdudiyyətlər müşahidə edilməyib. Eləcə də vətəndaş cəmiyyəti və medianın fəaliyyətinə də hər hansı problem yaradılmayıb. Əhali seçkidə iştirak etmək, səs vermək istəyindədir. Azərbaycan seçicisinın seçkidən gözləntisi iqtisadi artımın, sosial inkişafın, infrastruktur layihələrinin davamlı olmasıdır. Ölkənin ümumi inkişafını müsbət dəyərləndirən 94 % respondent bu tempin qorunub saxlanmasının tərəfdarıdır”.
Xatırladaq ki,
QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə
«2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili» layihəsini həyata keçirir. Monitorinqin bu mərhələsinə 10 000 nəfər respondent cəb olunub. 6 regionu, 40 rayonu əhatə edən monitorinq QHT Əməkdaşlıq Alyansının monitorinq xidməti tərəfindən aparılıb.

Modern.az