Modern.az

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvanda YAP-çılarla görüşə bilməyib

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvanda YAP-çılarla görüşə bilməyib

18 Sentyabr 2013, 15:30

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan 17-18 sentyabr tarixlərində Naxçıvana səfər edib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, Hoqan Naxçıvan və regiondakı seçki-qabağı mühit barədə məlumat almaq və Amerika Birləşmiş Ştatlarının azad və ədalətli seçkilərə dəstəyini çatdırmaq üçün Xarici İşlər Nazirliyinin Naxçıvan İdarəsinin rəisi Əsgər İsmayılov, yerli Mərkəzi Seçki Komissiyasının rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. O, həmçinin Xalq Cəbhəsi və Musavat Partiyası rəsmiləri ilə görüşüb. Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüş istəsə də, cədvəllərin toqquşması səbəbilə görüş baş tutmayıb. Hoqan rektor Saleh Məhərrəmovla birgə Naxçıvan Dövlət Universitetinə baxıb və mübadilə proqramları, ingilis dili tədrisi və bir sıra siyasi məsələlər ətrafında tələbələrlə söhbət edib.

Cənab Hoqan Düz Dağ Fizioterapiya Mərkəzinə, Nuh sərdabəsinə və Möminə Xatun məqbərəsinə baş çəkərək Naxçıvana səfərini tamamlayıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular