Modern.az

Hacıqabul-Mincivan yolunda qəza - ÖLƏN VAR

Hacıqabul-Mincivan yolunda qəza - ÖLƏN VAR

Hadisə

19 Dekabr 2023, 09:20

Bu gün gecə saatlarında Füzuli rayonu, Əhmədbəyli kənd sakini Möhsüm Möhsümzadə idarə etdiyi “Khazar SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili dərəyə aşırıb.


Modern.az xəbər verir ki, nəticədə sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!