Modern.az

Keçmiş nazir: “Yaxşı prezident seçilməsini istəyirəm” - AÇIQLAMA

Keçmiş nazir: “Yaxşı prezident seçilməsini istəyirəm” - AÇIQLAMA

18 Sentyabr 2013, 15:52

Keçmiş rabitə naziri Nadir Əhmədov prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini, kimin qalib gəlməsini arzuladığını açıqlayıb. Modern.az saytına danışan eks-nazir seçkilərdən böyük gözləntilərinin olduğunu deyərək, seçiminin hazırki prezident İlham Əliyev olduğunu gizlətməyib:

“Adətən əksər seçicilər üçün seçkidən öncə namizədin kimliyi özləri üçün sirr qalmalıdır, onu açıqlamazlar. Mən xalqım üçün yaxşı prezident seçilməsini istəyirəm. Ümid edirəm ki, prezident  daha da yaxşı işləyəcək. Xalqın qeydinə bundan da yaxşı qalacaq, gələcəkdə dövlətimiz daha da irəliyə gedəcək. Mən inkişafın tərəfindəyəm. İnkişaf naminə də ölkə başçısının namizədliyini dəstəkləyirəm. Bizim Azərbaycanda olan inkişafı görürsünüz də, maşallah.  Mən də Azərbaycanın bu inkişafını dəstəkləyirəm”-deyə eks-nazir qeyd edib.

Qeyd edək ki, Nadir Əhmədov  7 il Azərbaycanın rabitə naziri vəzifəsində çalışıb.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular