Modern.az

Rəşt-Astara dəmir yolunun tikintisinə 2024-cü ildə başlanacaq - Nazir

Rəşt-Astara dəmir yolunun tikintisinə 2024-cü ildə başlanacaq - Nazir

19 Dekabr 2023, 12:12

Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu dəhlizinin tikintisinə 2024-cü ildə başlanacaq.


Modern.az xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma naziri Şəhriyar Əfəndizadə “Mehr” agentliyinə bildirib.

“Əldə olunmuş razılaşmaya əsasən, ümid edirik ki, bu layihənin icrasına 2024-cü ilin əvvəlində başlanacaq”, - nazir deyib.

 

Əfəndizadə qeyd edib ki, 162 km uzunluğunda olan Rəşt-Astara dəmir yolu hazırda İranın ən mühüm dəmir yolu layihəsidir. Bu, İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirməli olan Astara-Rəşt-Qəzvin dəmir yolu dəhlizinin bir hissəsidir. Layihə həm də Şimal-Cənub magistralının bir hissəsidir.

 

Xatırladaq ki, 2023-cü ilin mayında Moskva və Tehran arasında İran ərazisində yerləşən Rəşt-Astara dəmir yolu hissəsinin tamamlanması ilə bağlı sənədlər imzalanıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi