Modern.az

Azərbaycanla Serbiya arasındakı saziş ratifikasiya edildi

Azərbaycanla Serbiya arasındakı saziş ratifikasiya edildi

19 Dekabr 2023, 13:38

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”i ratifikasiya edib.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı sənəd parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.

 

Sənəd 2023-cü il noyabrın 7-də Belqrad şəhərində imzalanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI