Modern.az

Qanun pozuntularına qarşı mövqeyimiz barışmaz olacaq - Məzahir Pənahov

Qanun pozuntularına qarşı mövqeyimiz barışmaz olacaq - Məzahir Pənahov

Aktual

19 Dekabr 2023, 17:08

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdirdiklərini bildirib.

 

Modern.az-ın xəbərinə görə, o, bu barədə MSK-nın bugünkü iclasında deyib.

 

Onun sözlərinə görə, bütün seçki məntəqələri qanun çərçivəsində fəaliyyət göstərirlər: “Qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdiririk”.

 

MSK sədri qeyd edib ki, seçkilərlə bağlı bütün tərəflər öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir.

 

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza