Modern.az

Ağdaşda güclü partlayış - Ana və qızı yaralandı

Ağdaşda güclü partlayış - Ana və qızı yaralandı

Hadisə

19 Dekabr 2023, 18:38

Ağdaşda evdə qaz balonu partlayıb, iki nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində baş verib.

 

1977-ci il təvəllüdlü Niyaməddin İkram oğlu Həmidova məxsus fərdi yaşayış evində maye qaz balonu partlayıb.

 

Nəticədə 1981-ci il təvəllüdlü Elnarə Akif qızı Həmidova və övladı, 2007-ci il təvəllüdlü Elcan Niyaməddin qızı Həmidova xəsarət alaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!