Modern.az

Qubadlıda vəfat edən hərbçimizin FOTOSU

Qubadlıda vəfat edən hərbçimizin FOTOSU

Aktual

19 Dekabr 2023, 23:31

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.

 

Modern.az-ın məlumatına görə, o, “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının əsgəri olub.

 

 Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

 

Qeyd edək ki, Qubadlıda vəfat edən əsgər Xəyal Həsrətov İsmayıllı rayonunun Tircan kəndindəndir.

 

 Vəfat edən hərbçimizin fotosunu təqdim edirik:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza