Modern.az

Şirvanda yol qəzası - 6 nəfər xəsarət aldı

Şirvanda yol qəzası - 6 nəfər xəsarət aldı

Hadisə

20 Dekabr 2023, 09:00

Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

 

Belə ki, avtomobillərin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Fərəcov Rəşad Müseyib oğlu, 1994-cü il təvəllüdlü Fərzəliyev Cavanşir Çingiz oğlu, 1995-ci il təvəllüdlü Allahverdiyev Orxan Namiq oğlu, 1997-ci il təvəllüdlü Hüseynov Elnur nazim oğlu, 1989-cu il təvəllüdlü Allahyarov Elşən Vidadi oğlu və Hacıqabul sakini, 1997-ci il təvəllüdlü Əliyev Fərid Bəhram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!