Donald Tramp bir çox məsələlərdə Rusiya ilə həmfikirdir.
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co BaydenNyu-Hempşirdə çıxışı zamanı deyib.
O, Vladimir Putinin ABŞ-da baş verən hadisələrlə bağlı sözlərini təkrarlayan Trampın bəyanatını belə şərh edərkən bunun təəccüblü olmadığını bildirib.
"Tramp bu həftə sonu köhnə dostu Putini dəstəklədi. Tramp hətta bu həftə sonu ondan sitat gətirib. Bu təəccüblü deyil. Nəhayət, Moskva ilə Mar-a-Laqo (ABŞ-ın keçmiş prezidentinin Floridadakı mülkü - Red.) arasında çoxlu razılaşma var”, - Bayden qeyd edib.
Onun fikrincə, Donald Tramp demokratiya üçün təhlükədir.
“Onun işlətdiyi ifadələr bizə 1930-cu illərdə Almaniyadan gələnləri xatırladır. O, ona qarşı çıxanları parazit adlandırır”, – Amerika prezidenti əlavə edib və qeyd edib ki, hətta mühafizəkar respublikaçılar belə bu ritorikanı dəstəkləmirlər.