Modern.az

Seçkilərdən sui-istifadə edən qurumlar var - MSK sədri

Seçkilərdən sui-istifadə edən qurumlar var - MSK sədri

20 Dekabr 2023, 11:24

Beynəlxalq qurumlarla bizim heç bir problemimiz yoxdur. Biz görüşlərimizdə bunu bir daha bildirmişik. 

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün müşavirədə deyib. 

 

“Amma heç kimin haqqı yoxdur ki, arxayınlaşsın. Deməsinlər ki, onsuz da beynəlxalq qurumlar öz istədikləri nəticəni verirlər. Biz öz vəzifəmizi düzgün yerinə yetirməliyik ki, beynəlxalq müşahidəçilər bəhanələr üçün çox çətinlik çəksinlər”, - o qeyd edib.

 

MSK qeyd edib ki, seçkilərdən sui-istifadə edən qərəzli qurumlar var:

 

"Dünyanın hər yerində seçkilərdə xoşagəlməz hallar baş verir. Müəyyən qərəzli qurumlar var ki, seçkilərdən sui-istifadə edirlər. Onlara imkan verməməliyik”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI