Azərbaycanda keçirilən prezident, bələdiyyə, parlament seçkilərdə hər dəfə irəliləyiş əldə etmişik.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün müşavirədə deyib.
O qeyd edib ki, bu seçkilərdə ilk dəfə olaraq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq seçkilər keçiriləcək: "Eyni zamanda hazırda hər bir seçki məntəqələrinə baxış keçirilir. Seçki məntəqələrinin problemləri aradan qaldırılır”.
Prezidentin köməkçisi, həmçinin seçki ilə bağlı hər hansı qanun pozuntusu olarsa, bildirilməsini qeyd edib.