Gürcüstanın Rustavi şəhərində Ermənistanın bu ölkədəki ilk fəxri konsulunun ofisi açılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Gürcüstandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistanın Gürcüstandakı ilk fəxri Giorgi Maisuradzedir.
Ermənistan Respublikasının Gürcüstandakı səfiri Aşot Smbatyan bu hadisənin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, konsulluğun açılması iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və ictimai təmasların intensivləşməsinə kömək edəcək.