"2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən cari ilin dekabrın 15-nə qədər vəfat etmiş şəxslərin seçici siyahılarından çıxarılması təmin edilib".
Modern.az xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Toğrul Musayev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müsavirədə deyib.
O qeyd edib ki, səsvermə gününə qədər 18 yaşı tamam olan şəxslərin siyahısı təqdim edilib:
“MSK ilə birlikdə seçicilərin prosesdə rahat iştirakı üçün vacib addımlar atılır. Seçkilərin siyahısı, qeydə alınma prosesi ilə bağlı addımlar atılır. Keçirilən seçkilərədə məhkumlar, xidmətdə olan hərbiçilər də seçki məntəqələrində səs verə bilərlər".