Modern.az

Təbiətə 41 min manatlıq ziyan vuruldu, cinayət işi başlandı

Təbiətə 41 min manatlıq ziyan vuruldu, cinayət işi başlandı

Aktual

20 Dekabr 2023, 12:14

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində 6 rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı vətəndaşların müraciətləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar üzrə araşdırma aparılıb.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, araşdırmalar zamanı Abşeron rayonunun Xırdalan şəhəri, Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində, Bərdə şəhərində, Zərdab rayonunun Kəndəbil və Ucar rayonunun Qazyan bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələrində meşə fonduna daxil olmayan ümumilikdə 251 ədəd ağac və kolun, Yardımlı rayonunun Ləzir kəndi ərazisində isə meşə dolaylarında meşə fonduna aid 60 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 41 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

 

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarlarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza