Modern.az

DİN hərəkətə keçdi: Seçkilərin keçirilməsinə mane olmaq istəyən pozucu qüvvələr...

DİN hərəkətə keçdi: Seçkilərin keçirilməsinə mane olmaq istəyən pozucu qüvvələr...

Ölkə

20 Dekabr 2023, 12:28

Seçkilər zamanı pozuntuların qarşısı alınması üçün seçkilərin keçirilməsinə mane olmaq istəyən pozucu qüvvələrə qarşı iş rejimi qüvvətləndirilib. Belə hallar yaşanarsa, həmin şəxslərlə bağlı məsələlərə baxılacaq. 

 

Modern.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

 

O bildirib ki, bununla bağlı Xüsusi İşçi Qrup yaradılıb:

 

"Qanunsuz saxlanılan silahların yığılması istiqamətində də lazımi tədbirlər davam etdirilir. DİN-in şəxsi heyəti bütünlükdə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama