Modern.az

“Azərpoçt”dan vətəndaşlara ÇAĞIRIŞ

“Azərpoçt”dan vətəndaşlara ÇAĞIRIŞ

Aktual

20 Dekabr 2023, 14:48

Son zamanlar vətəndaşlara “Azərpoçt” adından göndərilən saxta mesajlarda onların bağlamalarının ölkəyə çatdırıldığı, amma əksik məlumatların olduğu qeyd olunur.

 

“Azərpoçt” MMC-dən Modern.az-a bildirilib ki, belə hallarda bəzi vətəndaşlar buna aldanaraq mesajdakı linkə klikləyir və fərdi, eləcə də, bank məlumatlarını daxil edib qurbana çevrilirlər.

 

Qurum hər kəsi diqqətli olmağa çağırıb.

 

“Azərpoçt” heç bir halda vətəndaşların kart məlumatlarını tələb etmir. Odur ki bu cür mesajlara qarşı diqqətli olun və onları açmayın”, - deyə MMC-nin məlumatında vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza