Modern.az

Sankt-Peterburqda maska QADAĞASI

Sankt-Peterburqda maska QADAĞASI

Aktual

20 Dekabr 2023, 17:20

Rusiyanın Sankt-Peterburq şəhərində bu gündən etibarən kütləvi tədbirlər üçün maska rejimi tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə müvafiq qərarı şəhərin baş sanitar həkimi Nataliya Başketova imzalayıb.

 

Qərara əsasən, tədbirlərin təşkili və keçiriləcəyi zaman işçilər fərdi qoruyucu vasitələrdən istifadə etməli olacaqlar.

 

Qeyd olunub ki, qərar, Sankt-Peterburqda respirator infeksiyalara yoluxma hallarının artması fonunda tətbiq edilir.(APA)

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza