Modern.az

Türkiyəli nazir Bakıda MÜSİAD-ı ziyarət edəcək 

Türkiyəli nazir Bakıda MÜSİAD-ı ziyarət edəcək 

Aktual

20 Dekabr 2023, 18:10

Türkiyənin ticarət naziri Ömər Bolat bu gün axşam Bakıya gəlir. Səfər zamanı nazir Bakıda rəsmi görüşlər keçirəcək.

Modern.az xəbər verir ki, Azərbaycana səfərə gələn MÜSİAD-ın 3-cü dönəm rəhbəri "MÜSİAD Azərbaycan" dərnək mərkəzini ziyarət edəcək. 

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, "MÜSİAD Azərbaycan" idarə heyətinin sədri Rəşad Cabirli, müşavirlər, Türkiyədən gələn heyət və azərbaycanlı iş adamları iştirak edəcək. 

Görüş zamanı "MÜSİAD Azərbaycan"ın indiki və gələcək fəaliyyət planları haqqında danışılacaq. İki qardaş ölkə arasında qarşılıqlı ticarət və investisiya imkanları müzakirə olunacaq.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza