Modern.az

Sumqayıtda əhalinin sağlamlığına xüsusi diqqət yetirilir - FOTO

Sumqayıtda əhalinin sağlamlığına xüsusi diqqət yetirilir - FOTO

Aktual

20 Dekabr 2023, 16:02

Sumqayıt Tibb Mərkəzində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin yaranmasının (TƏBİB) 5 illiyi münasibəti ilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova çıxış edərək ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə yaradılan qurumun qısa zamanda böyük bir yol qət etdiyini  bildirib.


Direktor TƏBİB tərəfindən səhiyyə sahəsində həyata keçirilən tədbirlərdən söz açıb və bu istiqamətdə gələcəkdə daha böyük işlərin görüləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.


 S. Sadıxova kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza