Modern.az

Şəhidimizin anası dünyasını dəyişdi

Şəhidimizin anası dünyasını dəyişdi

Allah rəhmət eləsi̇n

20 Dekabr 2023, 22:44

Lənkəran rayonunda şəhid baş leytenant Samid Əkbərovun anası Zərifə Əkbərova dünyasını dəyişib.

 

Modern.az "News24"ə istinadən xəbər verir ki, o, 65 yaşında vəfat edib.

 

Qeyd edək ki, Samid Əkbərov 23 yanvar 1983-cü ildə Lənkəran rayonunun Boladi kəndində dünyaya gəlib. 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

 

8 noyabr 2008-ci il tarixində Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza