Modern.az

Naftalanlı şəhid və qazi övladları üçün əyləncəli tədbir - FOTOLAR

Naftalanlı şəhid və qazi övladları üçün əyləncəli tədbir - FOTOLAR

25 Dekabr 2023, 13:10

Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalanlı şəhid və qazi övladları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində hazırlanmış proqram əsasında Gəncə şəhərinə səfər ediblər.

 

Modern.az xəbər verir ki, uşaqların bayram günlərini daha rəngarəng etmək üçün əyləncəli proqram təşkil olunub, uşaqlar "GəncLand" istirahət mərkəzində sirkdə olublar.

 

"Yeni İl Macərası" adlı beynəlxalq sirk proqramında dünyaca məşhur sirk artistləri çıxış ediblər. Onların
arasında əyləncəli klounun, akrobatların, gimnastların, ekvilibristlərin, ayının və tutuquşularının nümayiş etdirilən bir-birindən maraqlı nömrələri uşaqların, eləcə də valideynlərin marağına və sevincinə səbəb olub.

 

Övladlarını müşayiət edən valideynlər daima diqqətlə əhatə olunduqları üçün və göstərilən diqqət-qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza