Modern.az

Səlim Müslümov Tovuzda pensiyaçılar üçün qəbul keçirəcək

Səlim Müslümov Tovuzda pensiyaçılar üçün qəbul keçirəcək

19 Sentyabr 2013, 11:06


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 26 sentyabr 2013-cü il tarixdə, saat 10:00-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarının  sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

  Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt  ünvanı, habelə  aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:   Fondun  Aparatında  (012) 434-12-34,  Şəmkir rayon şöbəsində  (022) 305 - 30 - 33,  Gədəbəy rayon şöbəsində  (022) 326 -00- 93, Qazax rayon şöbəsində (022) 295 - 27- 96,  Ağstafa rayon  şöbəsində  (022) 225 - 26- 12, Tovuz  rayon şöbəsində (022) 315-00-40.  

“Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 26-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Tovuz rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunacaqdır” deyə DSMF-dən bildirilib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular