
Modern.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin iclası davam edir. İclasda çıxış edən komitə sədrinin müavini Eldar Quliyev bildirib ki, 15 ildir genetik modifikasiya olunmuş məhsulların Azərbaycana gətirilməməsi üçün komitə olaraq mübarizə aparılır. Prezident Administrasiyasından daxil olan 6 qanuna dəyişiklikdə məhz bu nəzərdə tutulur.
“Təklif edirəm ki, qanun qəbul edildikdəın sonra onlara nəzarəti gücləndirək. Gömrük orqanlarında, Kənd Təsəsrrüfatı Nazirliyinə müraciət edək ki, bu qanunların icrasına nəzarəti həyata keçirsinlər. Biz bunları qadağan edirik, amma yerlərdə bu məhsullar əkilir. Biz bunları aydınlaşdırmaq üçün yeni avadanlıqlar gətirməliyik, laboratoriyaları genişləndirməliyik ki, genetik modifikasiya olunmuş məhsulları yoxlayaq”. Deputat İqbal Məmmədov isə bildirib ki, genetik modifikasiya olunmuş məhsulların əkilməsi ilə kəndlilər rəqabət apara bilmirlər.
“Məhsulları bol olsa da, onu sonradan əkə bilmirlər. Genetik modifikasiya olunmuş məhsullara qadağa kəndçilərə öz məhsullarını əkməyə və onların büdcəsinin artmasına səbəb olacaq”.
Aytən Əliyeva