Modern.az

Sabahın havası - yağış yağacaq

Sabahın havası - yağış yağacaq

19 Sentyabr 2013, 12:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Havanın temperaturunun gecə 17-21, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yaxın iki gün ərzində hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 20-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Mərkəzi Aran rayonlarında havanın temperaturunun gecə 17-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular