“Kənd təsərrüfatı məhsullarının sığortası ilə bağlı təbliğatımız zəifdir”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. O, qeyd edib ki, bununla bağlı təbliğat aparılmalıdır. “İnsan sağlamlığı ilə bağlı hamı danışır ki, tibbi sığorta hökmən lazımdır. Amma heç kim buna getmir. Ona görə təbliğat olmalıdır. İnsanlar bunun mahiyyətinin başa düşməlidir ki, kənd təsərrüfatı məhsullarının sığortası istehsalçılara xeyirdir. Sığorta olunur, sabah məhsula nəsə ziyan dəyərsə, proseslə əlaqədar o, dövlətdən sığortalandığı üçün pulunu alacaq. Yəni biz öz xeyrimizi bilmirik, ona görə də əziyyət çəkirik”.
Kənd təsərrüfatı məhsullarının sığortalanmasının tərəfdarı olan deputat komitənin gündəliyinə daxil edilən məsələlərdə də toxunulub. “Yeyinti məhsulları haqqında” Qanunu qəbul etmişik, amma artıq o köhnəlib. Bununla bağlı yeni bir qanun işləyib hazırlamalıyıq. Bu qanunlara yamaq vura-vura gedə bilmərik. Ona görə də yeni qanuna ehtiyac var. “Yeyinti məhsulları haqqında” Qanuna dəyişiklik etsək, çoxu bu haqda məlumatsız olacaq. Prezident Aparatı, Nazirlər Kabinetindən gələn əlavə və dəyişiklikləri ümumiləşdirməli və mütləq yeni qanun qəbul olunmalıdır”.
Aytən Əliyeva