Modern.az

Miikroavtobus krana çırpıldı - Yaralılar var

Miikroavtobus krana çırpıldı - Yaralılar var

21 Dekabr 2023, 19:40

Şirvan şəhərində yol qəzası baş verib, mikroavtobus qaldırıcı krana çırpılıb, hadisə zamanı xəsarət alanlar olub.

 

Modern.az xəbər verir ki, hadisə bu gün Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qeydə alınıb.

 

Qəza zamanı mikroavtobus yolun kənarında dayanan qaldırıcı krana çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar Könül Əliyeva, Mətanət Sadıqova, Rəfiqə Məmmədova, Söhbət Kərimov Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal