Modern.az

Jurnalist Pərviz Həşimlinin atası prezidentlə görüşmək istəyir

Jurnalist Pərviz Həşimlinin atası prezidentlə görüşmək istəyir

19 Sentyabr 2013, 13:17

Modern.az-ın məlumatına görə MTN əməkdaşları tərəfindən həbs olunan və barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilən “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri  Pərviz Həşimlinin hüquqlarının müdafiəsi ilə bağlı bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən jurnalistin atası Kamran Həşimov oğlunun dövlət əleyhinə heç bir fəaliyyət aparmadığını bildirib.
“Pərviz Həşimli prezidentin yürütdüyü siyasəti, ölkədəki məmurların ziddiyyətli  fikirlərini, fəaliyyətini işıqlandırmaqla məşğul olub. Prezident ölkədə korrupsiyaya qarşı mübarizə apardığı kimi, Pərviz də öz qələmi ilə bu istiqamətdə öz mübarizəsini aparıb”-deyən K.Həşimov ölkə başçısından onu qəbul etməsini də istəyib. O həmçinin 20 ildir YAP-ın üzvü olduğunu və dövlətə qarşı heç bir iş aparmadığını da dilə gətirib.

Vəkil Elçin Sadıqov isə  P.Həşimlinin həbsi zamanı qanun pozuntularına yol verildiyini vurğulayıb.

O bu gün P.Həşimovla və müstəntiqlə görüşəcəyini bildirib. Vəkil E.Sadıqov P.Həşimovla məhkəmədəki görüşündən danışarkən qeyd edib ki, ondan AXCP sədri Əli Kərimli əleyhinə  açıqlama verməsini də tələb ediblər.
Qeyd edək ki, P.Həşimli AXCP Ali Məclisinin üzvüdür.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular