Modern.az

Orxan Kərimov prezidentdən cavab gözləyir

Orxan Kərimov prezidentdən cavab gözləyir

19 Sentyabr 2013, 13:28

Təhsil Nazirliyinin keçmiş əməkdaşı, mərhum şair Əli Kərimin oğlu Orxan Kərimovun bu gün məhkəməsi olacaq. O. Kərimov Modern.az-a açıqlamasında bildirib ki, proseslə bağlı narahatlıq keçirir. “Elə narahat olduğum üçün də ölkə prezidentinə müraciət etmişdim. Orada iki məsələni göstərmişdim ki, onlara nəzərə alınsa, mənim tam günahsız olduğum sübuta yetirilər. Prezidentə müraciətimə də yəqin ki, baxılır. Hələ ki, cavab gözləyirəm”.

Bütün instansiyalara müraciət ünvanlayan Orxan Kərimov bildirdi ki, məktublarda günahsızlığını sübut edən bəzi sənədlər var. Onun sözlərinə görə, məhkəmədən yalnız ədalətli qərar gözləyir.

Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Amma prezident İlham Əliyevin göstərişi ilə ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri bir müddət öncə dəyişdirilib və o, müalicəyə göndərilib. O. Kərimov iyunun 27-də Mərkəzi Klinik Xəstəxana ürəyindən əməliyyat olunub. 

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular