Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev prezidentliyə namizədliyini geri götürmək qərarından daşınıb.
Bu barədə o, “Azadlıq” radiosuna o özü məlumat verib:
“Sentyabrın 18-də bir qrup məni hədələyib namizədliyimi geri götürməmi tələb etmişdi. Mən də o adamları sakitləşdirmək və həm də doğurdan da namizədliyimi geri götürmək qərarına gəlmişdim. Amma bu gün partiyanın siyasi şurası toplandı və məni bu addımdan çəkindirdilər”.
Prezidentliyə namizəd Hafiz Hacıyev sentyabrın 18-də Modern.az-a namizədliyini geri götürəcəyini bildirmişdi.
O, əvvəlcə belə bir addım atmasını maliyyə çətinliyi, təbliğat-təşviqat üçün pul tapa bilməmələri ilə əsaslandırmışdı. Amma sonradan bir qrup şəxs tərəfindən hədələndiyi üçün belə bir bəyanatla çıxış etdiyini deyib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Prezidentlik uğrunda hazırkı dövlət başçısı da daxil olmaqla 10 nəfər mübarizə mübarizə aparır.
Modern.az