Modern.az

Dövlət büdcəsinin icrası qaydası dəyişdi

Dövlət büdcəsinin icrası qaydası dəyişdi

22 Dekabr 2023, 10:04

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.

 

Modern.az-ın xəbərinə görə, indiyə qədər qüvvədə olan qaydaya əsasən, təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü Maliyyə Nazirliyi tərəfindən bir ay müddətində büdcə təşkilatlarına çatdırıb.

 

Dəyişikliyə əsasən, bu müddət bir aydan 5 iş gününə endirilir.

 

Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi