Milli Məclis Azərbaycanla İraq arasında hava əlaqəsi haqqında sazişi ratifikasiya edib.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı deputatlar sazişin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Daha sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.