Modern.az

Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib

Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib

Aktual

22 Dekabr 2023, 12:20

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq Abşeron rayon prokurorluğunda “Açıq qapı günü” keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

 

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd prokurorluq orqanlarının şəffaf fəaliyyəti ilə media və ictimaiyyət nümayəndələrinin tanış olması, onlara bu fəaliyyəti əyani olaraq nümayiş etdirməkdir.

 

İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.

 

İştirakçılara, həmçinin “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş etdirilib.

 

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza