Modern.az

Korrupsiya reytinqini tərtib edən beynəlxalq qurum Azərbaycana niyə yer verməyib? - AÇIQLAMA

Korrupsiya reytinqini tərtib edən beynəlxalq qurum Azərbaycana niyə yer verməyib? - AÇIQLAMA

19 Sentyabr 2013, 15:38

”Ötən gün bəzi mətbuat orqanlarında Transparency İnternational təşkilatının dünya ölkələrinin korrupsiya indeksini açıqladığını və burada Azərbaycana yer ayırılmadığını bildirib. Amma əslində Transparency İnternational bu səpkidə bir hesabat təqdim etməyib. Təşkilatın Britaniyada yerləşən Müdafiə və Təhlükəsizlik Proqramları bölməsi müdafiə sahəsində şəffaflıq səviyyəsini araşdırıb. Hesabatda dünyanın 82 ölkəsində vəziyyət nəzərdən keçirilib”.
Bu açıqlamanı Moden.az-a Transparency International-Azerbaijan-ım Media və ictimaiyyətlə əlaqələr bölməsindən veriblər.

Bildirilib ki, həmin ölkələrin ordusuna korrupsiya risklərinin azaldılması istiqamətində görülən işləri araşdıran təşkilat yalnız Almaniya və Avstraliya ordularında çox sərt anti-korrupsiya mexanizmlərinin işlədiyini və bu ölkədə müdafiə sahəsində korrupsiya risklərinin çox aşağı səviyyədə olduğu açıqlanıb.   Sorğuya cəlb olunan 82 ölkədən 9-da – Əlcəzair, Anqola, Kamerun, Konqo Demokratik Respublikası, Misir, Eriteriya, Liviya, Suriya və Yəmən ordusunda korrupsiya riskləri olduqca böyük olub.Hesabatda Azərbaycanın qonşuları olan Gürcüstan, Qazaxıstan və Rusiya ordularında da korrupsiya risklərinin yüksək olduğu qeyd olunur. Amma sənəddə Azərbaycan və Ermənistandakı vəziyyətə yer verilməyib.   Hesabatdan belə bir mənzərə ortaya çıxır ki, müdafiə sahəsində şəffaflığın daha az olduğu ölkələr prezident idarə üsulunun hakim olduğu ölkələrdir. Parlamentin güclü olduğu ölkələrdə isə şəffaflıq digər ölkələrlə müqayisədə daha yaxşı təmin olunur. Eyni zamanda ordunun güclü mövqeyə malik olduğu ölkələrdə də, şəffaflıq məsələlərində problemlər qalmaqdadır. Ordunun qərar qəbul edən şəxslərə təsirinin güclü olması, nəticə etibarı ilə onlara sərf edən qərarların qəbul olunmasına imkan yaradır.      

Hesabat hazırlanarkən, maliyyə imkanlarının məhdud olması nəzərə alınaraq, bütün dünya ölkələri deyil, yalnız bir qrup seçilmiş ölkə hesabata daxil edilib. Ölkələr isə bir sıra kriteriyalar əsasında seçilib. Daha çox ölkələrin silah ticarətində çəkisi, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlərin həcmi nəzərə alınıb. Bundan başqa hesabat müəllifləri çalışıblar ki, coğrafi olaraq da regionları əhatə edə bilsinlər. (metadologiya ilə //government.defenceindex.org/ tanış ola bilərsiniz). Müəlliflər hesab edirlər ki, məhz bu meyarlar təhlükəsizlik və müdafiə sektorunda korrupsiya risklərinin ortaya qoyan əsas faktorlardır.  

Təşkilatdan Azərbaycanın bu hesabatda nəzərə alınmamasının səbəbi kimi, ölkənin Avropa və Mərkəzi Asiya ölkələri arasında bu kriteriyalara tam cavab verməməsini göstəriblər. Qeyd edilib ki, iki ildən bir hazırlanan hesabatın növbəti buraxılışı zamanı Azərbaycanın və digər bir sıra digər ölkələrin də indeksə daxil edilmə ehtimalı yüksəkdir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular