Modern.az

Ruslar Köçəryanı, Sarkisyanı məcbur edə bilərdilər, bizi yox! - Simonyan QƏZƏBLƏNDİ

Ruslar Köçəryanı, Sarkisyanı məcbur edə bilərdilər, bizi yox! - Simonyan QƏZƏBLƏNDİ

Aktual

22 Dekabr 2023, 14:16

“İndi istəyirsiniz ki, Ermənistan parlameninin sədri birbaşa Rusiya Federasiyasını ittiham etsin. Təbii ki, bu, olmayacaq, mən belə bir açıqlama verməyəcəyəm”.
 

Modern.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bununla belə, A.Simonyan Ermənistan hakimiyyətinin Rusiyadan incidiyini gizlətməyib:

“Yadınızdadırmı, Dağlıq Qarabağ erməniləri necə Z hərfini yazır, Putinin şəklini açır, “Sağ ol, Rusiya” deyirdilər. Amma hər şey bir dəqiqə ərzində dəyişdi və biz gördük ki, ruslar öz fəaliyyətsizliyi ilə ermənilərin oradan çıxarılmasına necə icazə verdilər, onları müşayiət etdilər. İndi qoy insanlar nəticə çıxarsınlar, mən hesab edirəm ki, indi birbaşa açıqlamalar verməyim lazım deyil”.

Alen Simonyan jurnalistlərin mümkün erkən parlament seçkiləri ilə bağlı şayiələrə münasibət bildirməsini də xahiş ediblər. Parlamentin sədri suala cavab istəyən jurnalistə qəzəblənib:
 

“Bu, axmaqlıq və yalandır. Nə demək istəyirsən, hər “Facebook” şayiəsindən sonra bura gəlib Milli Məclis  sədrinə belə sual verməlisən? Niyə fövqəladə seçki olmalıdır? Biz partiya qurmuşuq, müzakirələr aparırıq. Hər keçirdiyimiz toplantıya özgə rəng verilməlidir?”.

Alen Simonyan bildirib ki, Ermənistanda hazırkı müxalifət çox zəifdir və hakimiyyətin qorxacaq bir şeyi yoxdur.


“Biz ildə bir dəfə seçki keçirməyə hazırıq. Müxalifət isə ümumiyyətlə seçkilərə getməyə hazır deyil. Onlar hətta bələdiyyə seçkilərində də iştirak edə bilmirlər”.

Spiker əmin edib ki, gündəmdə növbədənkənar seçkilər yoxdur və bundan söhbət gedə bilməz.
 

“Müxalifət hansısa gündəm qurur, sonra o gündəm ətrafında danışmağa başlayır. Amma bura uşaq bağçası deyil. Demokratik hakimiyyətə heç kim nəyisə zorlaya bilməz. Ruslar Robert Köçəryanı, Serj Sarkisyanı məcbur edə bilərdi, bizi isə heç kim məcbur edə bilməz. Çünki heç kimin bizə təsir rıçaqları yoxdur”, - Alen Simonyan vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza