Modern.az

Nazirlik rəsmisi: “Yarmarkaya saxta bal gətirmiş arıçılar cəzalanacaq”

Nazirlik rəsmisi: “Yarmarkaya saxta bal gətirmiş arıçılar cəzalanacaq”

19 Sentyabr 2013, 16:14


“Aldığı balın saxta olduğunu aşkar edən alıcılar balı qaytarıb pulunu geri ala bilərlər”. Bunu Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. O bildirib ki, Bakıda oktyabrın 5-ə kimi davam edəcək yarmarkadan hələ ki şikayət daxil olmayıb.

“Nazirliyin mütəxəssisləri keyfiyyətə, satışa nəzarət edirlər. Alıcılar da, satıcılar da razılıq edir. Yarmarkaya saxta bal gətirən arıçı müəyyən olunarsa, o cəzalanacaq”.

Qeyd edək ki, Dəniz Vağzalının salonunda təşkil olunan yarmarkada 47 rayondan 320 nəfər arıçı iştirak edir. XIV respublika sərgi-satış yarmarkasında satışa çıxarılan bal məhsulları Respublika Baytarlıq Laboratoriyasında dəyəri ödənilmədən analizdən keçirilir və sertifikatlaşdırılır. Yarmarkaya 500 tondan çox bal məhsulları, 40 kiloqram çiçək tozu, 3 kiloqram arı südü və 10 kiloqram vələmur çıxarılıb. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında balın 1 kiloqramı 15 manata satılır.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular